Satış nümayəndəsi
-
ŞəhərBakı
-
İşin növüTam ştat
-
Təcrübə3 – 5 il
-
TəhsilAli
-
MaaşMüsahibə əsasında
-
Son tarix:May 1, 2025
Vəzifə funksiyaları:
1. Bazar araşdırması aparmaq, müştəri tələbatlarını öyrənmək;
2. Müştərilərə şirkətin məhsulları haqqında ətraflı məlumat verilməsi;
3. Müştəri ilə görüşlərin təyin edilməsi və görüşlərdə iştirak etməsi;
4. Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
5. Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
6. Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
7. Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
8. Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
9. Satış başa çatdıqdan sonra müqavilə hazırlanma prosesinin koordinasiya edilməsi (rekvizitlər, çatdırılma, hesab faktura, qaimə);
10. Tender prosesi haqqında məlumatlı olmağı və işləmə qabiliyyəti olmağı mütləqdir;
11. Təklifləri analiz etmək; ucuz qiymət və sərfəli şərtlərin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
12. Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
13. Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı.
Namizədə dair əsas tələblər:
1. Ali təhsil;
2. Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlis danışıq qabiliyyətli
2-3 ildən artıq;
3. Korporativ satış üzrə təcrübə;
4. Tender.gov.az portalında işləməyi bacarmalı;
5. B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklərə malik olmalı;
6. Yenilikçi, dinamik və daxili motivasiyası yüksək;
7. Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (arzuolunandır);
8. Şəxsi avtomobilinin olması (arzuolunandır);
9. Digər fərdi keyfiyyət göstəriciləri;
10. Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
11. Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
12. Müxtəlif biznes proseslərdən anlayışlı olmalı;
13. Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
14. Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
15. Biznes yönümlü təfəkkürə sahib;
16. Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;
17. Enerjili, pozitiv, çevik və məsuliyyətli olması ;
18. İnformasiyanın təhlili və analiz etmək bacarığı ;
19. Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalıdır.
Əlavə məlumat:
Yaş: 25-45
İş yeri: Yasamal r., Elmlər mst-nın yaxınlığı, Z.Xəlilov küçəsi.
İşçi korporativ nömrə,yemək,transport və danışıq balansı ilə təmin olunur;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə;
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaqdır.
İş vaxtı: I-V günlər 09:00 - 18:00
Bonus:
Tələblərə uğun namizədlər mövzu yerində “Korporativ satış üzrə menecer“ qeyd edərək öz CV-lərini hr@nafa.az e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.